“Alimlər şəhərciyi”ndə mənzillərin qiyməti ucuzlaşdırılıb

“Alimlər şəhərciyi”ndə mənzillərin qiyməti ucuzlaşdırılıb Bakı. 28 dekabr. REPORT.AZ/ Abşeron rayonunun Saray qəsəbəsində Azərbaycan­ Milli Elmlər Akademi­yasının (AMEA) əməkdaşları üçün tikilən “Science City” adlı yaşayış kompleksində (“Alimlər şəhərciyi”ndə) mənzilin 1 kv.m-nin qiyməti 470 manat müəyyənləşdirilib. 
Sosial müdafiə
28 Dekabr , 2017 18:32
“Alimlər şəhərciyi”ndə mənzillərin qiyməti ucuzlaşdırılıb

Bakı. 28 dekabr. REPORT.AZ/ Abşeron rayonunun Saray qəsəbəsində Azərbaycan­ Milli Elmlər Akademi­yasının (AMEA) əməkdaşları üçün tikilən “Science City” adlı yaşayış kompleksində (“Alimlər şəhərciyi”ndə) mənzilin 1 kv.m-nin qiyməti 470 manat müəyyənləşdirilib. 

Bu barədə "Report"a AMEA-dan məlumat verilib.

AMEA rəhbərliyinin xahişini nəzərə alaraq, tikinti şirkəti ilk 50 mənzili nağd ödənişlə almaq istəyən akademiya əməkdaşlarına 1 kv.m-nin qiymətini 370 manata təklif edir. Yəni kooperativ binada mənzilin ümumi sahəsinin 1 kv.m-nin qiyməti 100 manat ucuz təklif olunur.

Nağd ödənişlə mənzil almaq istəyən AMEA əməkdaşları gələn ilin yanvarın 10-a qədər tikinti şirkətinə müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi