Agentlik sədri: "İşsizlərin peşə kvalifikasiyası tələb olunan yeni peşələrə uyğun deyil"

Agentlik sədri: "İşsizlərin peşə kvalifikasiyası tələb olunan yeni peşələrə uyğun deyil" Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli bu gün Azərbaycanın əmək bazarında bir tərəfdə çox sayda işsiz iş axtaranın olduğunu, digər tərəfdə isə kifayət qədər müasir ixtisaslı mütəxəssislərə ehtiyac olduğunu açıqlayıb.
Sosial müdafiə
13 Dekabr , 2023 12:48
Agentlik sədri: İşsizlərin peşə kvalifikasiyası tələb olunan yeni peşələrə uyğun deyil
Mustafa Abbasbəyli

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli bu gün Azərbaycanın əmək bazarında bir tərəfdə çox sayda işsiz iş axtaranın olduğunu, digər tərəfdə isə kifayət qədər müasir ixtisaslı mütəxəssislərə ehtiyac olduğunu açıqlayıb.

"Report"un xəbərinə görə, o, "Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış" adlı konfransda çıxışı zamanı deyib ki, bu gün yeni yaranan peşələrin sayı əmək bazarından çıxan peşələrin sayından çoxdur.

M.Abbasbəyli bildirib ki, əmək bazarında ciddi uyğunlaşmaya gedilməlidir.

Agentlik sədrinin sözlərinə görə, bugünkü işsiz və işaxtaranların peşə kvalifikasiyası tələb olunan yeni peşələrə uyğun deyil: "Yaxud da peşə və kvalifikasiyası yoxdur. Bu da dövlətin və müasir əmək bazarının qarşısında dayanan ciddi çağırışdır".

M.Abbasbəyli əmək bazarının insanlara uyğunlaşması stereotipinin qırılmasının vacibliyinə də toxunub: "Əmək bazarları heç vaxt insana uyğunlaşmayacaq, əksinə insan əmək bazarına uyğunlaşmalıdır. İş yeri ilə yaşayış yeri də uyğun olmalıdır. Yəni yaşayış yerini iş yerinə yaxın qurmalıyıq. Əhalinin sayı ərazidə olan iş imkanlarına görə uyğunlaşdırılıb. Odur ki, biz yeni yanaşmalara uyğunlaşmalıyıq".

Son xəbərlər

Orphus sistemi