Yuxarı

Agentlik sədri Balakən sakinini canlı yayımda işə dəvət edib

Bakı. 20 fevral. REPORT.AZ/ “ASAN xidmət”in bu il açılacaq yeni mərkəzlərində çalışmaq istəyən həmin bölgələrin sakinləri indidən sənədlərini hazırlamalıdırlar”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "ASAN Radio"nun "QəbuldASAN" proqramında deyib.

Onun sözlərinə görə, söhbət “ASAN xidmət”in açılacağı bölgələrdə yaşayan gənclərin işə qəbul olunmasından gedir: “Çünki bu həm də yeni iş yerinin açılması deməkdir. Ona görə də gənclərdən işə qəbulla bağlı sənədlərini indidən hazırlamalarını xahiş edirəm. Biz və Dövlət İmtahan Mərkəzi (DİM) işə qəbulla bağlı elanı ictimaiyyətə təqdim edəcəyik”.

Ü.Mehdiyev həmçinin canlı yayımda “ASAN xidmət”in Balakən rayonunda açılacaq mərkəzində işləmək üçün müraciət edən yerli sakin Qabil Mustafayevi məmnuniyyətlə işə dəvət etdiyini və vakansiya elan olunan kimi sənədlərini təqdim etməyi istəyib.

Qeyd edək ki, bu il ərzində Şamaxı, Kürdəmir, Ağcabədi, Tovuz və Balakən rayonlarında “ASAN xidmət” mərkəzləri açılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi