Agentlik: "Sağlamlıq imkanı məhdud uşağın övladlığa götürülməsi zamanı 600 manat müavinət verilir"

Agentlik: "Sağlamlıq imkanı məhdud uşağın övladlığa götürülməsi zamanı 600 manat müavinət verilir" 3 yaşdan 18 yaşa qədər uşaqların övladlığa götürülməsi ilə bağlı 200 manat müavinət nəzərdə tutulur. Sağlamlıq imkanı məhdud uşaqlar üçün isə bu məbləğ 600 manatdır.
Sosial müdafiə
16 Yanvar , 2024 15:00
Agentlik: Sağlamlıq imkanı məhdud uşağın övladlığa götürülməsi zamanı 600 manat müavinət verilir

3 yaşdan 18 yaşa qədər uşaqların övladlığa götürülməsi ilə bağlı aylıq 200 manat müavinət nəzərdə tutulur. Sağlamlıq imkanı məhdud uşaqlar üçün isə bu məbləğ 600 manatdır.

“Report”un xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Sosial Xidmətlər Agentliyinin Valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin Qiymətləndirmə şöbəsinin müdiri Elnarə Cavadova “Sosial saat”da deyib.

Onun sözlərinə görə, bu məbləğ valideynlərə dəstək üçün nəzərdə tutulur.

“Övladlığa götürülən uşaq və onu övladlığa götürən şəxs arasında ən azı 18 yaş fərq olmalıdır. Himayədar ailələr tərəfindən himayə edilən uşaqlar övladlığa götürülən uşaqlardan fərqli olaraq bioloji ailəsi, hazırkı mühiti, öz ailə və qohumları ilə əlaqələrini saxlayırlar. Övladlığa götürmə ilə bağlı imtina cavabı olan valideynə təlim mərhələsi tətbiq edilir. Ailədə görünən problemlərin aradan qaldırılması ilə bağlı müzakirə aparılır. Övladlığa götürmə elektron qaydada idarə edildiyindən bütün məlumatlar orada əks olunur”, - E.Cavadova qeyd edib.

Şöbə müdiri onu da vurğulayıb ki, övladlığa götürmə üçün müraciət edən namizədlərə seçim imkanı verilir: “Valideyn namizədlərin şəxsi kabinetində uşaqlarla bağlı məlumatlar qeyd edilir. Valideynin istəyinə uyğun gələn uşaq və uşağın istəyinə uyğun valideynlər sistem tərəfindən uyğunlaşdırılırlar”.

Son xəbərlər

Orphus sistemi