Yuxarı
    Bağlamaq

    Ağdamlı seçicilər: "Biz həmişə seçiciləri ilə bir yerdə olan Bəxtiyar Əliyevə səs verəcəyik" - FOTO

    Bərdədə məskunlaşan ağdamlı seçicilərlə görüşlərini davam etdirən deputatlığa namizədin növbəti görüşü də möhtəşəm keçib

    Bakı. 28 oktyabr. REPORT.AZ/ "Biz həmişə seçiciləri ilə bir yerdə olan deputatımız Bəxtiyar Əliyevə səs verəcəyik"

    "Report" xəbər verir ki, bu fikirləri 118 saylı Ağdam şəhər Seçki Dairəsindən deputatlığa namizəd, Milli Məclisin deputatı, professor Bəxtiyar Əliyevin Bərdə rayonunda məskunlaşan ağdamlılarla görüşündə seçicilər səsləndirib.

    Bərdədə məskunlaşan ağdamlı seçicilərlə görüşlərini davam etdirən B.Əliyevin növbəti görüşü də möhtəşəm keçib.

    Seçicilərin böyük maraq göstərdikləri görüşdə B.Əliyev deputat kimi gördüyü işlərin hesabatını verib. O, Milli Məclisdə təmsil olunduğu ağdamlıların problemlərini daimi diqqət mərkəzində saxladığını bildirib: "Mənə edilən bütün müraciətlərə həssaslıqla yanaşmışam. Sizin müraciətləriniz, üzləşdiyiniz problemlərlə bağlı dövlət orqanlarına çoxlu sayda müraciət etmişəm, məktub yazmışam. Dövlət qurumlarının rəhbərləri də çox sağ olsunlar, mənim müraciətlərimə və sizin problemlərinizə diqqətlə yanaşıblar, problemləri bir yerdə həll edə bilmişik. Qapım daimi sizlərin üzünə açıq olub və bundan sonra da belə olacaq". 

    Çıxış edən seçicilər B.Əliyevi yaxından tanıdıqlarını, ona böyük inam və etimadlarının olduğunu söyləyiblər. Ağdamlılar bildirib ki, növbəti 5 ildə də onları Milli Məclisdə B.Əliyevin təmsil etməsini arzulayırlar və bununla bağlı qərarlarını çoxdan veriblər.

    Ağdamlılar qeyd ediblər ki, B.Əliyev həmişə onların etimadını doğruldub, hər zaman seçicilərilə bir yerdə olub. Seçicilər öz deputatları ilə fəxr etdiklərini, qürur duyduqlarını söyləyiblər: "Bizim başqa deputata ehtiyacımız yoxdur".

    Ağdamlılar noyabrın 1-də deputatlığa namizəd Bəxtiyar Əliyevə səs verəcəklərini bildiriblər.

    Sonda B.Əliyev seçicilərin suallarını cavablandırıb, görüşə gəldiklərinə və ona dəstək verdiklərinə görə təşəkkürünü bildirib.

    Qeyd edək ki, B.Əliyev bundan əvvəl Abşeron, Binəqədi, Nərimanov, Yasamal, Nizami, Səbail və Qaradağ rayonlarında və Şüvəlan, Mərdəkan, Buzovna və Mehdiabad qəsəbələrində məksunlaşmış ağdamlılarla görüşüb.

    Deputatlığa namizədin seçicilərlə görüşləri davam edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi