Ağdamda mərmi düşən ev yenidən bərpa olunub

Ağdamda mərmi düşən ev yenidən bərpa olunub Vətən müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonları artilleriya qurğularından və ballistik raketlər kompleksindən atəşə tutaraq dinc əhalini və mülki obyektləri hədəf aldı. Ermən
Sosial müdafiə
1 Noyabr , 2021 11:20
Ağdamda mərmi düşən ev yenidən bərpa olunub

Vətən müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonları artilleriya qurğularından və ballistik raketlər kompleksindən atəşə tutaraq dinc əhalini və mülki obyektləri hədəf aldı. Erməni silahlı dəstələrinin həyata keçirdiyi insanlığa və heç bir müharibə qaydalarına sığmayan terrorlar nəticəsində onlarla günahsız dinc sakin dünyasını dəyişib, yüzlərlə fərdi yaşayış evləri, sosial, iaşə və xidmət obyektlərinə ciddi ziyan dəyib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, Erməni terrorçularının atdığı raketlərdən biri Ağdamın Qaradağlı kənd sakini Cahid Rüstəmovun evinə düşüb. Vətən müharibəsi zamanı Qaradağlı kəndi ermənilərin ən çox atəş altında saxladıqları kəndlərdən biri olub. Qaradağlı kəndinin raket atəşinə tutuıması nəticəsində raketlərdən biri, Cahid Rüstəmovun evinə düşüb. Partlayış nəticəsində vətəndaşa məxsus olan iki ev, bir yardımçı tikili tamamilə dağıdılıb. İndi Cahid Rüstəmovun dağıdılan evinin həyətində, ona və bacısına məxsus olan evlərin yerində ölkə başçısının tapşırığına uyğun olaraq, müasir tələblərə cavab verən, yaşayış evi tikilərək onlara təhvil verilib.

Dövlət başçısının tapşırığına əsasən, qısa zaman çərçivəsində görülmüş işlərin nəticəsi olaraq 1450-dən çox tikili təmir-bərpa olunub, 27 yaşayış evi və 6 qeyri-yaşayış obyekti tamamilə yenidən tikilərək artıq sakinlərə təqdim edilib. Hazırda 5 yaşayış evinin tikintisi bitmək üzrədir. Bununla yanaşı, 300 tikilinin təmir-bərpası işləri görülür. Yaxın müddətdə Füzuli rayonu ərazisində də tikinti və təmir-bərpa işlərinin tam yekunlaşdırılması planlaşdırılır. Ümumilikdə Ağdam rayonun yaşayış məntəqələrində 32 yaşayış evi və 6 qeyri-yaşayış obyekti tamamilə dağılıb. 1750-dən çox tikiliyə zərər dəyib.

Son xəbərlər

Orphus sistemi