Zəngilan rayonunun Ağalı kəndinin daha 6 sakini istehsal, xidmət sahəsi üzrə özünüməşğulluq proqramına cəlb edilərək lazımi avadanlıqlarla təmin edilib.
Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumat verilib.
Onlardan Sahil Mahmudov və Natiq Mahmudova qəssab, Anar Məmmədova kişi bərbərxanası, Elnur Zeynalova kiçik dəmirçi sexi, Elman Zeynalova avtoçilingər, Tünzalə Orucovaya isə qadın gözəllik salonu zərfi üzrə mal və materiallar verilib. Bununla da kənddə artıq 10-dək sakin üçün özünüməşğulluq proqramı çərçivəsində təsərrüfatlar yaradılıb.
Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyi Ağalı kəndinin 46 sakinini işlə təmin edib, bir qrup şəxsin də məşğulluğunun təminatı üçün işlər aparılır. Kənd sakinlərindən 12 nəfər isə peşə hazırlığına cəlb edilib.