ABŞ səfirinin xanımı Xaçmazda uşaq bağçasının açılışında iştirak edib - FOTO

ABŞ səfirinin xanımı Xaçmazda uşaq bağçasının açılışında iştirak edib - FOTO Körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib
Sosial müdafiə
1 İyun , 2016 16:58
ABŞ səfirinin xanımı Xaçmazda uşaq bağçasının açılışında iştirak edib - FOTO

Xaçmaz. 1 iyun. REPORT.AZ/ Xaçmaz rayonunun Ləcət kəndində körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib.

“Report”un Şimal bürosunun məlumatına görə, təmir layihəsi Azərbaycan və ABŞ hökümətləri tərəfindən birgə maliyyələşib və layihə Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı layihə çərçivəsində Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunub

Mərasimdə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın həyat yoldaşı Anna Sekuta, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin, Azərbaycan İqtisadiyyat Nazirliyinin, yerli icra hakimiyyəti və bələdiyyələrin nümayəndələri iştirak edib.

Bildirilib ki, 1955-ci ildə inşa edilən uşaq bağçası ilk dəfədir əsaslı təmir olunur. Təmir işlərində icma üzvləri yaxından iştirak edib. Binanın davamlı su təminatı üçün 3 tonluq su çəni quraşdırılıb. Yeni təmirdən çıxan bağça 30-dan artıq uşağı isti, təhlükəsiz və sağlam tədris mühiti ilə təmin edəcək.

Anna Sekuta jurnalistlərə açıqlamasında deyib ki, Ləcət kəndində uşaq bağçasının açılışında iştirak etməkdən çox məmnundur: "Uşaqlar üçün müvafiq şəraitin yaradılması, onların təlim-tərbiyə imkanlarının yaxşılaşdırılması olduqca vacib məsələdir. Biz də uşaqlar üçün nəzərdə tutulan bu tədbirlərdə iştirak etdiyimiz üçün fərəhlənirik".

Tədbirdə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar konsert proqramı da nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi