ABŞ-ın Azərbaycandakı səfiri çimərlikdə təmizlik işlərində iştirak edib

ABŞ-ın Azərbaycandakı səfiri çimərlikdə təmizlik işlərində iştirak edib Sekuta “Parklarda Gəzinti” kampaniyasına start verib
Sosial müdafiə
23 Aprel , 2016 20:56
ABŞ-ın Azərbaycandakı səfiri çimərlikdə təmizlik işlərində iştirak edib

Bakı. 23 Aprel. REPORT.AZ/ Bu gün ABŞ-ın Azərbaycandakı səfiri və onun həyat yoldaşı Sekuta ABŞ hökumətinın sponsorluq etdiyi FLEX proqramının məzunları ilə birgə Yer Gününü qeyd edib və Abşeron yarımadasında yerləşən çimərlikdə təmizlik işlərini həyata keçirib.

Səfirlikdən “Report”a verilən məlumata görə, təmizlik işləri yekunlaşandan sonra səfir Robert Sekuta Abşeron Dövlət Parkına səfər edərək “Parklarda Gəzinti” kampaniyasının startını bəyan edib və kampaniya çərçivəsində gələn il ərzində Azərbaycanın bütün milli parklarına səfər etmək niyyətini bildirib.

Səfir qeyd edib ki, Azərbaycanın milli parklarına səfər etməsi ABŞ-ın milli park sisteminin yüzillik ildönümünə təsadüf edir. O, qeyd edib ki, milli parkların yalnız təbiətin qorunması və ya insanların təbiətə səfər etməsində deyil, həmçinin gəlirin əldə olunmasında da çox vacib olduğunu, ABŞ-ın milli park sistemi hər il təxminən 30 million dollar gəlir gətirdiyini bildirib. Səfir, həmçinin ətraf mühitin yalnız milli parklarda deyil, ümumilikdə təbiətin qorunmasının vacibliyini qeyd edib. O, həmçinin, deyib ki, parka etdiyi səfər və çimərlikdə aparılan təmizlik işləri hər bir kəsə ətraf mühitin qorunmasında oynadığı rolu xatırlatmalıdır.

Səfir Sekuta ekologiya nazirinə Azərbaycanın milli parklarına səfər etmək imkanına və parkların işçi heyyətinə sözügegən səfərlərin gerçəkləşməsində yardım etdiklərinə görə təşəkkür edib.

Məzunların Çimərlik Təmizləmə tədbiri FLEX proqramının məzunları tərətindən irəli sürülən və hər il baş tutan bir tədbirdir. Sözügedən məzunların əksəriyyəti ABŞ-da orta məktəb və ya universitet tələbələridir ki, onlar amerikan ailələrində yaşayaraq bir il ABŞ-ın orta məktəblərində təhsillərini davam etdiriblər. Builki Yer Gününün qeyd olunmasında ABŞ-da təhsil almış 25 məzun və ABŞ səfirliyinin 15 nümayəndəsi iştirak edib.

Son xəbərlər

Orphus sistemi