ABAD və Milli Turizm Təbliğat Bürosu Anlaşma Memorandumu imzalayıblar

ABAD və Milli Turizm Təbliğat Bürosu Anlaşma Memorandumu imzalayıblar Bakı. 23 noyabr. REPORT.AZ/ ABAD publik hüquqi şəxs ilə Milli Turizm Təbliğat Bürosu (MTTB) publik hüquqi şəxs arasında Anlaşma Memorandumu imzalanıb.
Sosial müdafiə
23 Noyabr , 2017 14:55
ABAD və Milli Turizm Təbliğat Bürosu Anlaşma Memorandumu imzalayıblar

Bakı. 23 noyabr. REPORT.AZ/ ABAD publik hüquqi şəxs ilə Milli Turizm Təbliğat Bürosu (MTTB) publik hüquqi şəxs arasında Anlaşma Memorandumu imzalanıb.

Bu barədə "Report"a Vətəndaşlara Xidmət və Sosial  İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Anlaşma Memorandumunu ABAD-ın direktoru Rüfət Elçiyev və MTTB-nin direktoru Fuad Nağıyev imzalayıblar.

Memorandumun imzalanmasında məqsəd Azərbaycanın və Bakı şəhərinin tarixi mədəni zənginliyinin təbliğ edilməsi istiqamətində iki qurum arasında səyləri birləşdirmək, ABAD tərəfindən yaradılmış ailə brendlərinin xarici ölkələrdə tanıdılmasına dəstək göstərmək, ailə təsərrüfatlarının turizm sektoruna cəlb olunması istiqamətində birgə addımlar atmaq və turizm sahəsində yeni brendlərin formalaşdırılması işində birgə çalışmaqdır.

Sənədə əsasən, MTTB tərəfindən ölkə daxilində və ölkə xaricində təşkil olunacaq tədbirlərdə ABAD-çı sənətkar ailələrinin əl işlərinin təqdim olunması və sənətkarların həmin tədbirlərdə iştirakı təmin olunacaq.

Bundan başqa, tərəflərə məxsus olan sərgi-satış mərkəzləri, turizm informasiya mərkəzləri, məlumatlandırma köşklərində hər iki qurum tərəfindən hazırlanan və məqsədi ölkənin özünəməxsus dəyərlərinin tərənnümü olan təbliğat materiallarının nümayişi və təqdimatı həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi