Mindən artıq şəhid ailəsi üzvü və Vətən müharibəsi qazisi işlə təmin olunub

Mindən artıq şəhid ailəsi üzvü və Vətən müharibəsi qazisi işlə təmin olunub "Bu günə qədər 1 000-dən artıq şəhid ailəsi üzvü və Vətən müharibəsi qazisi işlə təmin olunub".
Sosial müdafiə
9 İyun , 2022 15:16
Mindən artıq şəhid ailəsi üzvü və Vətən müharibəsi qazisi işlə təmin olunub
Mustafa Abbasbəyli

"Bu günə qədər 1 000-dən artıq şəhid ailəsi üzvü və Vətən müharibəsi qazisi işlə təmin olunub".

"Report" xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli Vətən müharibəsi qazilərinin məşğulluğunun təmin edilməsi, onlara göstərilən sosial dəstəklə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Sədr bildirib ki, 805 nəfər ictimai işlərə cəlb olunub:

"4 000-ə yaxın şəxs müxtəlif səbəblərdən onlara təklif olunan işlərdən imtina edib. 1 500-dən artıq şəxs peşə təliminə cəlb olunub. İlin sonuna qədər 4000, gələn il üçün 7 000-ə, sonrakı il üçün 10 000-ə çatdırmağı hədəfləyirik. Son üç ildə 1 026 peşə kvalifikasiya standartları hazırlanıb. İlin sonuna 1 500-ə yaxın standartın yekunlaşdırılması nəzərdə tutulub".

Son xəbərlər

Orphus sistemi