Yuxarı

34 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün ümumi müsahibə elan edilib

Vəzifələrdən 32-si mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və yerli təşkilatlardadır

Bakı. 10 dekabr. REPORT.AZ/ Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya bu gündən etibarən 6 dövlət orqanında inzibati vəzifələrin V-VII təsnifatlarına uyğun olan 34 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün ümumi müsahibə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə) elan edib. Bu barədə "Report"a komissiyadan məlumat verilib.

Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 32-si mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və yerli təşkilatlarında, 2-si isə məhkəmə orqanlarındadır.

Ümumi müsahibədə vakant vəzifəni təqdim edən dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə çalışan dövlət qulluqçuları (qeyd edilən şəxslərin inzibati vəzifələrə uyğun ixtisas dərəcəsi olmalıdır) və dövlət qulluğunda inzibati vəzifələrdə azı 5 il çalışmış şəxslər iştirak edə bilər.

Komissiya sənədlərin qəbulunu dekabrın 29-u saat 18:00-dək aparacaq. Sənədlər şəxsən yaxud poçt vasitəsilə təqdim edilə bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi