Bi il 23 min nəfərə yaxın işaxtaran və işsiz vətəndaş işlə təmin olunub

Bi il 23 min nəfərə yaxın işaxtaran və işsiz vətəndaş işlə təmin olunub Dövlət Məşğulluq Xidmətində hesabat iclası keçirilib
Sosial müdafiə
26 Oktyabr , 2015 16:23
Bi il 23 min nəfərə yaxın işaxtaran və işsiz vətəndaş işlə təmin olunub

Bakı. 26 oktyabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti işaxtaran və işsiz vətəndaşların səmərəli məşğulluğunun təminatı məqsədilə cari ilin 9 ayı ərzində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan hesabat iclası keçirilib. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbirdə hesabat məruzəsi ilə çıxış edən Dövlət Məşğulluq Xidmətinin Əmək bazarının təhlili və statistika şöbəsinin müdiri İsa Həsənov bildirib ki, bu ilin 9 ayı ərzində Xidmət tərəfindən ümumilikdə 22 470 nəfər işaxtaran və işsiz vətəndaş münasib işlərlə təmin olunub.

İclasda Dövlət Məşğulluq Xidmətinin maddi-texniki bazasının gücləndirilməsi işlərindən də söz açılıb. Bildirilib ki, hesabat dövründə Bakı Regional Peşə Tədrisi Mərkəzində təmir və yenidənqurma işləri yekunlaşdırılıb, burada yeni sinif otaqları və emalatxanalar istifadəyə verilib. Hazırda Göyçay rayonunda yerləşən Regional Peşə Tədrisi Mərkəzinin də maddi-texniki bazasının gücləndirilməsi, Gəncə şəhərində isə Regional Peşə Tədrisi Mərkəzinin yaradılması istiqamətində işlər aparılır. Həmçinin hesabat dövründə İsmayıllı rayon Məşğulluq Mərkəzi fəal əmək bazarı Proqramlarının həyata keçirilməsi üzrə pilot rayon kimi seçilib və bununla əlaqədar Mərkəzin yeni binası müasir tələblərə uyğun yenidən qurulub. Mərkəzin işinin səmərəliyinin artırılması məqsədilə işçilər üçün treninqlər, seminarlar təşkil olunaraq, bir sıra praktik işlər görülüb.

Tədbirdə sosial cəhətdən həssas qruplara aid şəxslərin kvota üzrə iş yerləri ilə təminatı, onlar üçün peşə hazırlığı və əlavə təhsil kurslarının təşkili, dövlət məşğulluq strategiyasının icrasında işəgötürənlərlə əməkdaşlığın gücləndirilməsi və s. sahələrdə görülən işlərdən də bəhs olunub. İclasda məşğulluq xidməti orqanları qarşısında duran məsələlərə dair müvafiq tapşırıqlar verilib. 

Son xəbərlər

Orphus sistemi