20 Yanvar əlillərinə dövlət tərəfindən ödəmələrlə bağlı statistika açıqlanıb

20 Yanvar əlillərinə dövlət tərəfindən ödəmələrlə bağlı statistika açıqlanıb Bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov açıqlama verib
Sosial müdafiə
20 Yanvar , 2015 11:01
20 Yanvar əlillərinə dövlət tərəfindən ödəmələrlə bağlı statistika açıqlanıb

Bakı. 20 yanvar. REPORT.AZ/ 20 Yanvar faciəsində əlil olan şəxslərə indiyədək 53 ev, 72 əlilə isə avtomobil verilib. Eyni zamanda, 316 əlilə maddi yardım edilib. “Report” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Onun sözlərinə görə, 112 şəhid ailəsinə hər ay 300 manat “Prezident təqaüdü” ödənilir: “Ümumilikdə 316 nəfər 20 Yanvar əlili var. Onlardan I qrupa 150, II qrupa 130, III qrupa isə 100 manat ödənilir. Bu da onların aldıqları müavinətlərdən əlavədir”.

Son xəbərlər

Orphus sistemi