Yuxarı

177 nəfər Milli Qəhrəmana və ya ailə üzvlərinə Prezident təqaüdü verilir

Milli Qəhrəmanlardan 16 nəfərinin şəxsən özünə, digərlərinin isə həlak olduqları üçün ailə üzvlərinə Prezident təqaüdü ödənilir

Bakı. 8 iyul. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) bu ilin iyulun 1-nə 177 nəfər Azərbaycanın Milli Qəhrəmanını və ya onların ailə üzvlərini Prezidentin aylıq təqaüdü ilə təmin edib. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Qəhrəmanlardan 16 nəfərinin şəxsən özünə, digərlərinin isə həlak olduqları üçün ailə üzvlərinə Prezident təqaüdü ödənilir.

Xatırladaq ki, dövlət başçısının 28 avqust 2013-cü il tarixli 954 nömrəli fərmanı ilə Milli Qəhrəmanların və ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onlara ödənilən Prezident təqaüdünün aylıq məbləği 2013-cü il sentyabrın 1-dən 66,7 faiz artırılaraq 1000 manat müəyyən edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi