"142-Çağrı mərkəzi"nə daxil olan müraciətlərin statistikası açıqlanıb

"142-Çağrı mərkəzi"nə daxil olan müraciətlərin statistikası açıqlanıb Müraciətlərin ​93,4 faizi sorğu xarakterli olub
Sosial müdafiə
3 Avqust , 2015 10:55
142-Çağrı mərkəzinə daxil olan müraciətlərin statistikası açıqlanıb

Bakı. 3 avqust. REPORT. AZ/ Bu ilin iyul ayında Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) "142-Çağrı mərkəzi" 9 716 müraciət cavablandırıb. Bu barədə "Report"a Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda qeyd edilib ki, həmin müraciətlərin 4 194-ü (43,2%) sosial təminat, 2 343-ü (24,1%) əmək qanunvericiliyi, 1 295-i (13,3%) ƏƏSMN-nin elektron xidmətlərindən istifadə, 1 157-i (11,9%) tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 727-i (7,5%) isə məşğulluq məsələlərini əhatə edib. İyul ayında "142-Çağrı mərkəzi"nə daxil olan müraciətlərin 9 080-i qeyd olunan fəaliyyət sahələri ilə əlaqədar sorğu xarakteri daşıyıb. Vətəndaşları maraqlandıran suallar nazirliyin mütəxəssisləri tərəfindən aidiyyəti üzrə dolğun izahatlar verilərək cavablandırılıb.

Daxil olan müraciətlərin yalnız 636-da (6,1 faiz) ayrı-ayrı vətəndaşlar onların əmək və sosial təminat hüquqlarının müəyyən olunması məsələlərini, habelə təklif və şikayətlərini ifadə ediblər. Həmin müraciətlər müraciət vərəqəsi əsasında araşdırılaraq cavablandırılması üçün nazirliyin müvafiq struktur bölmələrinə göndərilib.

Son xəbərlər

Orphus sistemi