10 nəfər əlilliyi olan istedadlı şəxsə sertifikatlar təqdim olunub

10 nəfər əlilliyi olan istedadlı şəxsə sertifikatlar təqdim olunub Dövlət Sosial Müdafiə Fondu DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində 10 nəfər əlilliyi olan istedadlı şəxsə fəaliyyətlərinə dəstək məqsədilə lazımi avadanlıqlar və təlimi uğurla tamamlayan şəxslərə sertifikatlar təqdim edib.
Sosial müdafiə
29 Dekabr , 2022 15:42
10 nəfər əlilliyi olan istedadlı şəxsə sertifikatlar təqdim olunub

Dövlət Sosial Müdafiə Fondu DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində 10 nəfər əlilliyi olan istedadlı şəxsə fəaliyyətlərinə dəstək məqsədilə lazımi avadanlıqlar və təlimi uğurla tamamlayan şəxslərə sertifikatlar təqdim edib.

"Report" xəbər verir ki, Fondun rəhbəri Himalay Məmişov çıxışında DOST İnklüziv və Yaradıcılıq Mərkəzində 300-ə yaxın şəxsin dəstək aldığını bildirib.

Onun sözlərinə görə, həmin şəxslər öz qabiliyyət və bacarıqları ilə daim bizi təəcübləndirir: "Biz bu tədbirləri hər il şəhid ailələri və əlilliyi olan şəxslərlə birgə keçiririk".

Mərkəzin direktor Pərvinə İsmayılova isə qeyd edib ki, Yeni il ərəfəsində silsilə tədbirlər təşkil edilib: "İki gün benifisarlarımız üçün yeni il şənlikləri və bu gün isə böyük yaşlı benifisiarlarımızın təltif mərasimi keçirildi. Bu gün 10 nəfər benifisiarımız avadanlıqla təmin olunacaq".

Daha sonra qonaqlar Mərkəzin benefisiarlarının ifasında maraqlı konsert proqramı və onların əl işlərindən ibarət sərgi-satış yarmarkası ilə tanış olublar.

Son xəbərlər

Orphus sistemi