10 gündə mobil notariat proqramını 22 min nəfər yükləyib

10 gündə mobil notariat proqramını 22 min nəfər yükləyib Noyabrın 22-dən indiyə qədər mobil notariat proqramını 22 min nəfər yükləyib.
Sosial müdafiə
2 Dekabr , 2019 17:30
10 gündə mobil notariat proqramını 22 min nəfər yükləyib

"Noyabrın 22-dən indiyə qədər mobil notariat proqramını 22 min nəfər yükləyib".

"Report" xəbər verir ki, bunu etibarnamələrin elektron qaydada verilməsi sistemi ilə bağlı keçirilən mətbuat konfransında Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə deyib.

Qeyd edək ki, “myGov” platforması üzərindən məkandan asılı olmayaraq həftənin bütün günləri 24 saat ərzində, notariat ofisinə müraciət etmədən nəqliyyat vasitələrinin idarəolunmasına dair etibarnamələrin elektron rəsmiləşdirilməsi imkanı yaradılıb. Bu, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi və Ədliyyə Nazirliyinin əməkdaşlığı nəticəsində reallaşdırılıb.

Son xəbərlər

Orphus sistemi