Yaponiyanın Vakayama prefekturası ilə Azərbaycan rayonları arasında əməkdaşlığın qurulması məsələləri müzakirə edilib

Yaponiyanın Vakayama prefekturası ilə Azərbaycan rayonları arasında əməkdaşlığın qurulması məsələləri müzakirə edilib Azərbaycanın Yaponiyadakı səfiri Vakayama prefekturasına işgüzar səfər edib
Xarici siyasət
19 Dekabr , 2016 10:15
Yaponiyanın Vakayama prefekturası ilə Azərbaycan rayonları arasında əməkdaşlığın qurulması məsələləri müzakirə edilib

Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə Vakayama prefekturasına işgüzar səfər edib.

Azərbaycanın Yaponiyadakı səfirliyindən "Report"a verilən məluamat görə, səfər çərçivəsində səfir prefekturanın qubernatoru Yoşinobu Nisaki və regional assambleyanın sədri Şiuçiro Asai ilə görüşüb.

Görüşdə tərəflər ikitərəfli əlaqələrin inkişafı yollarını, eləcə də Vakayama və Azərbaycan rayonları arasında əməkdaşlığın qurulması imkanlarını müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi