​XİN rəhbəri: "Azərbaycan Türkiyə və Rusiya arasındakı gərginlikdən narahatdır"

​XİN rəhbəri: "Azərbaycan Türkiyə və Rusiya arasındakı gərginlikdən narahatdır" "Azərbaycan həm Ankara, həm də Moskva ilə geniş siyasi və iqtisadi əlaqələrə malikdir"
Xarici siyasət
2 Fevral , 2016 22:06
​XİN rəhbəri: Azərbaycan Türkiyə və Rusiya arasındakı gərginlikdən narahatdır

Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycan Türkiyə və Rusiya arasındakı gərginlikdən narahatdır.

"Report" xəbər verir ki, bunu Bakıda səfərdə olan yunanıstanlı həmkarı Nikos Kotzias ilə birgə keçirilən mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

"Biz bu gərginliyin ölkələr arasındakı münasibətlərə zərər gətirməməsi üçün Türkiyə və Rusiyanın xarici işlər nazirləri ilə danışıqlar aparırıq", - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın Türkiyə ilə strateji münasibətləri, həmçinin Rusiya ilə strateji əlaqələri var:

"Azərbaycan həm Ankara, həm də Moskva ilə geniş siyasi və iqtisadi əlaqələrə malikdir. Azərbaycan bu böhrandan çıxmağa kömək etmək üçün səy göstərir", - deyə E.Məmmədyarov bəyan edib.

Son xəbərlər

Orphus sistemi