XİN: Qazaxıstanda baş verən təyyarə qəzasında ölən və xəsarət alanlar arasında azərbaycanlılar yoxdur

XİN: Qazaxıstanda baş verən təyyarə qəzasında ölən və xəsarət alanlar arasında azərbaycanlılar yoxdur Ölkəmizin Qazaxıstandakı səfirliyinin verdiyi məlumata əsasən, Almatıda baş verən təyyarə qəzası nəticəsində ölən və xəsarət alanlar arasında azərbaycanlıların olması ilə bağlı hələlik məlumat daxil olmayıb.
Xarici siyasət
27 Dekabr , 2019 09:57
XİN: Qazaxıstanda baş verən təyyarə qəzasında ölən və xəsarət alanlar arasında azərbaycanlılar yoxdur
Xarici İşlər Nazirliyi / Report

"Ölkəmizin Qazaxıstandakı səfirliyinin verdiyi məlumata əsasən, Almatıda baş verən təyyarə qəzası nəticəsində ölən və xəsarət alanlar arasında azərbaycanlıların olması ilə bağlı hələlik məlumat daxil olmayıb".

Bunu "Report"a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Qeyd edək ki, Qazaxıstanın "Bek Air" şirkətinə məxsus təyyarə dekabrın 27-də Almatı hava limanı yaxınlığında qəzaya uğrayıb. Hava gəmisində 95 sərnişin və 5 heyət üzvü olub. Onlardan 15 nəfər ölüb, 66 nəfər xəsarət alıb. Yaralananlardan 50-si xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi