Qazaxıstanda təyyarə qəzasında ölənlərin və xəsarət alanların sayı artıb - VİDEO - FOTO - YENİLƏNİB-2

Qazaxıstanda təyyarə qəzasında ölənlərin və xəsarət alanların sayı artıb - VİDEO - FOTO - YENİLƏNİB-2 Qazaxıstanın Bek Air şirkətinə məxsus, 95 sərnişinin və 5 heyət üzvünün olduğu təyyarənin Almatı hava limanı yaxınlığında qəzaya uğraması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.
Digər ölkələr
27 Dekabr , 2019 08:27
Qazaxıstanda təyyarə qəzasında ölənlərin və xəsarət alanların sayı artıb - VİDEO - FOTO - YENİLƏNİB-2

Qazaxıstanın "Bek Air" şirkətinə məxsus, 95 sərnişinin və 5 heyət üzvünün olduğu təyyarənin Almatı hava limanı yaxınlığında qəzaya uğraması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb. 

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Almatı şəhərinin rəhbərliyi bildirib.

Qeyd edilir ki, hadisə zamanı daha 35 nəfər xəsarət alıb. 


***07:42

Qazaxıstanın "Bek Air" şirkətinə məxsus, 95 sərnişinin və 5 heyət üzvünün olduğu təyyarənin Almatı hava limanı yaxınlığında qəzaya uğraması nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb. 

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Daxili İşlər Nazirliyi bildirib. 

Qeyd edilir ki, hadisə zamanı daha 9 nəfər xəsarət alıb. Onlardan 6-ı uşaqlardır. 

Nazirliyin məlumatına görə, "Bek Air" aviaşirkətinin №Z2100 reysi ilə uçan təyyarəsi saat 7:22-də (Bakı vaxtı ilə saat 5:22) beton maneəyə çırpılıb, daha sonra ikimərtəbəli tikili ilə toqquşub.

"İlkin informasiyaya görə, 9 nəfər həlak olub, daha 9 nəfər, o cümlədən 6 uşaq xəsarət alıb", - xəbərdə deyilir.


***06:55

Qazaxıstanın "Bek Air" şirkətinə məxsus, 95 sərnişinin və 5 heyət üzvünün olduğu təyyarə Almatı hava limanı yaxınlığında qəzaya uğrayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə hava limanının "Facebook"dakı səhifəsində bildirilir.

"Bu gün "Bek Air" aviaşirkətinin Almatı-Nur Sultan reysi ilə uçan sərnişin təyyarəsi saat 7:05-də (Bakı vaxtı ilə saat 5:05) radarlardan itib. Təyyarədə 95 sərnişin, 5 ekipaj üzvü var. "Bek Air" aviaşirkətinin bortu aerodrom xaricində yerə düşüb. Sağ qalanlar var. Hadisə yerində fövqəladə xidmətlərin əməkdaşları işləyir", - xəbərdə bildirilir.

Qazaxıstanın Mülki Aviasiya Komitəsinin məlumatına görə, hadisə zamanı 7 nəfər həlak olub.

Son xəbərlər

Orphus sistemi