XİN başçısı: "Azərbaycan və Aİ "açıq səma" üzrə danışıqları yekunlaşdırmağı planlaşdırır"

XİN başçısı: "Azərbaycan və Aİ "açıq səma" üzrə danışıqları yekunlaşdırmağı planlaşdırır" Elmar Məmmədyarov: "Çox güman ki, oktyabrda bu məsələ ilə bağlı son görüş olacaq"
Xarici siyasət
3 Oktyabr , 2017 14:27
XİN başçısı: Azərbaycan və Aİ açıq səma üzrə danışıqları yekunlaşdırmağı planlaşdırır
Report/ Elshan Baba

Bakı. 3 oktyabr. REPORT.AZ/ "Azərbaycan və Avropa İttifaqı (Aİ) "açıq səma" üzrə danışıqları yekunlaşdırmağı planlaşdırır".

"Report" xəbər verir ki, bunu bu gün mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

"Çox güman ki, oktyabrda bu məsələ ilə bağlı son görüş olacaq", - XİN rəhbəri bildirib.

Qeyd edək ki, Azərbaycan və Aİ arasında vahid hava məkanı üzrə danışıqlar 2013-cü ildən aparılır. 

Azərbaycan XİN başçısı həmçinin Bakı və Brüsselin Azərbaycanla Aİ arasındakı əməkdaşlıq haqqında yeni saziş layihəsinin ikinci fəslini müzakirə etdiyini açıqlayıb.

"Fəsli başa çatdırmaq üçün bizə daha bir mərhələ lazımdır. Bəzi çətinliklər var, amma mənə elə gəlir ki, danışıqlar uğurla keçəcək", - nazir qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan Aİ ilə əməkdaşlıqda maraqlıdır və bunun müsbət istiqamətdə irəlilədiyini düşünür.

Son xəbərlər

Orphus sistemi