"Azərbaycan Cənubi Amerika ölkələri və eyni zamanda Sakit Okean Alyansının mühüm üzvləri ilə siyasi, iqtisadi və mədəni əlaqələrini genişləndirməkdə maraqlıdır".
"Report"un xəbərinə görə, bunu Xarici İşlər naziri
"Mən bir neçə ay bundan öncə, mart ayında Cənubi Amerikaya səfərim çərçivəsində, xüsusilə Alyansın üzvü olan Çilidə bu maraqları vurğulamışdım. Təsadüfi deyil ki, Buenos-Ayresdə keçirilən və mənim də iştirak etdiyim Cənub-Cənub Əməkdaşlıq üzrə BMT-nin Yüksək Səviyyəli Konfransında bu cür əməkdaşlığın iqtisadi perspektivləri vurğulanmışdır.
Biz cənub ölkələri arasında əməkdaşlığın potensialını hələ də tam şəkildə istifadə etmirik və buna nail olarsaq qlobal sosial-iqtisadi qayda, xüsusilə də dünya ticarətində mövcud böhran vəziyyətinin həllinə böyük töhfə verəcəyinə inanırıq. Xüsusilə də, bütün bu məqsədlər Sakit Okean Alyansının prioritetləri arasındadır. Alyansa üzv olan və birlikdə ÜDM-ləri dünyada 6-cı yeri tutan Cənubi Amerika ölkələrinin xüsusilə Asiya ölkələri ilə ticarət əlaqələrini asanlaşdırmaq məqsədilə səylərinin birləşdirilməsi fikri Azərbaycan üçün maraq kəsb edir. Alyans ölkələrinin Asiya ölkələrində istehsal etdiyi mal və xidmətlərin Yaxın Şərq və Avropan bazarlarına daha çox ixrac ediləcəyini nəzərə alaraq, Azərbaycanın Qafqazın təbii qapısı qismində və Şərq-Qərb ticarət dəhlizində nəqliyyat mərkəzi kimi əhəmiyyətini artırır", deyə XİN başçısı vurğulayıb.