Yuxarı

XİN: Azərbaycanda KİV azadlığı tam təmin olunur

XİN: Azərbaycanda KİV azadlığı tam təmin olunur
ATƏT-in KİV azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviçin bəyanatı qərəzli xarakter daşıyır

Bakı. 14 noyabr. REPORT.AZ/ "ATƏT-in KİV azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviçin bəyanatı qərəzli xarakter daşıyır və obyektiv reallığı əks etdirmir". "Report" xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan XİN mətbuat xidməti rəhbərinin vəzifələrini icra edən Hikmət Hacıyev keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda KİV azadlığı tam təmin olunur.

"Azərbaycanın ATƏT-dəki daimi nümayəndəliyi tərəfindən bu məsələ ilə bağlı etiraz bildirilib" - deyə, o əlavə edib.

Xatırladaq ki, ATƏT-in KİV azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç bir müddət əvvəl bəyanat verib və bloqçu Mehman Hüseynovun saxlanılmasını tənqid edib. O, həmçinin "Azərbaycanda müstəqil KİV və hüquq müdafiəçilərinin fikirlərinə qarşı təzyiqin artdığını" iddia edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi