Onun sözlərinə görə, Azərbaycanda KİV azadlığı tam təmin olunur.
"Azərbaycanın ATƏT-dəki daimi nümayəndəliyi tərəfindən bu məsələ ilə bağlı etiraz bildirilib" - deyə, o əlavə edib.
Xatırladaq ki, ATƏT-in KİV azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç bir müddət əvvəl bəyanat verib və bloqçu Mehman Hüseynovun saxlanılmasını tənqid edib. O, həmçinin "Azərbaycanda müstəqil KİV və hüquq müdafiəçilərinin fikirlərinə qarşı təzyiqin artdığını" iddia edib.