​Vladimir Putin Azərbaycan prezidentini Qələbə günü münasibəti ilə təbrik edib

​Vladimir Putin Azərbaycan prezidentini Qələbə günü münasibəti ilə təbrik edib Rusiya prezidenti bu münasibətlə təbrik məktubu ünvanlayıb
Xarici siyasət
8 May , 2016 12:23
​Vladimir Putin Azərbaycan prezidentini Qələbə günü münasibəti ilə təbrik edib

Bakı. 8 may. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Böyük Vətən müharibəsində qazanılan qələbənin 71-ci ildönümü münasibəti ilə Azərbaycan prezidenti İlham Əliyevi, o cümlədən Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentlərini, həmçinin Gürcüstan və Ukrayna xalqlarını təbrik edib.

"Report" xəbər verir ki, bu barədə Kremlin məlumatında bildirilir.

"Rusiya prezidentinin təbrik məktublarında qeyd olunur ki, Qələbə günü müqəddəs bayramdır və o, qanlı döyüşlərdə torpaqlarını qoruyan və dünyanı faşizmdən xilas edən xalqların əbədi qəhrəmanlıq və birlik rəmzi olaraq qalacaq", — deyə məlumatda vurğulanır.

Son xəbərlər

Orphus sistemi