Yuxarı

USAID-ın nümayəndəsi Azərbaycana gəlib

USAID-ın nümayəndəsi Azərbaycana gəlib
Marqo Ellis Bakıda donor təşkilatlar və agentliyin tərəfdaşı olan vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüşəcək

Bakı. 18 may. REPORT.AZ/ ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) administrator köməkçisi vəzifəsini icra edən Marqo Ellis Azərbaycana gəlib.

"Report" xəbər verir ki, M.Ellis Bakıda Azərbaycanın iqtisadi inkişaf məsələlərində xarici dəstəyin rolunu və təsirini müzakirə etmək məqsədilə donor təşkilatlar və agentliyin tərəfdaşı olan vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüşəcək.

Eyni zamanda, onun ümumi inkişaf prioritetlərini müzakirə etmək üçün Azərbaycan hökumətinin təmsilçiləri ilə görüşləri də nəzərdə tutulub.

Səfər mayın 20-də başa çatacaq.

Qeyd edək ki, M.Ellis Bakıdan sonra Tbilisiyə yollanacaq. O, mayın 20-25-də Gürcüstan paytaxtında görüşlər keçirəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi