USAID-ın nümayəndəsi Azərbaycana gəlib

USAID-ın nümayəndəsi Azərbaycana gəlib Marqo Ellis Bakıda donor təşkilatlar və agentliyin tərəfdaşı olan vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüşəcək
Xarici siyasət
18 May , 2017 10:42
USAID-ın nümayəndəsi Azərbaycana gəlib

Bakı. 18 may. REPORT.AZ/ ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) administrator köməkçisi vəzifəsini icra edən Marqo Ellis Azərbaycana gəlib.

"Report" xəbər verir ki, M.Ellis Bakıda Azərbaycanın iqtisadi inkişaf məsələlərində xarici dəstəyin rolunu və təsirini müzakirə etmək məqsədilə donor təşkilatlar və agentliyin tərəfdaşı olan vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüşəcək.

Eyni zamanda, onun ümumi inkişaf prioritetlərini müzakirə etmək üçün Azərbaycan hökumətinin təmsilçiləri ilə görüşləri də nəzərdə tutulub.

Səfər mayın 20-də başa çatacaq.

Qeyd edək ki, M.Ellis Bakıdan sonra Tbilisiyə yollanacaq. O, mayın 20-25-də Gürcüstan paytaxtında görüşlər keçirəcək.

Son xəbərlər

Orphus sistemi