Yuxarı

Ukraynalı deputat Azərbaycan xalqını Heydər Əliyevə görə şanslı adlandırıb

Ukraynalı deputat Azərbaycan xalqını Heydər Əliyevə görə şanslı adlandırıb

Bakı. 12 may. REPORT.AZ/ Ukraynanın bir çox vilayətlərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi qeyd olunub.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən (BUAK) "Report"a verilən məlumata görə, Kiyev də daxil olmaqla, Dnepropetrovsk, Odessa, Nikolayev, Xarkov, Lvov, Çerovtsi və digər vilayətlərində müxtəlif mərasimlər keçirilib.

Dnepropetrovskdə BUAK-ın vilayət üzrə sədri Nəcəf Əhmədov Heydər Əliyevin fəaliyyəti və Azərbaycan uğrunda gördüyü işlər barədə yerli sakinlərə, diasporun gənc üzvlərinə məlumat verib. Tədbirdə iştirak edən Ukrayna-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri, deputat Maksim Kuryaçie bildirib ki, Azərbaycanın bu gün müstəqilliyə və iqtisadi dayaqlara malik olmasının memarı məhz Heydər Əliyevdir. O, Azərbaycan xalqını şanslı xalq adlandırıb.

Tədbirdə Dnepropetrovsk üzrə azərbaycanlı deputat Qoşqar Muxtarov da iştirak edib.

Digər vilayət üzrə də yerli rəsmilərin və diaspor üzvlərinin iştirakı ilə eyniadlı tədbirlər keçirilib.

Qeyd edək ki, BUAK-ın sədri Ukrayna Millətlər Assambleyasının prezidenti Rövşən Tağıyevdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi