TÜRKSOY-un baş katibi Prezident İlham Əliyevi təbrik edib

TÜRKSOY-un baş katibi Prezident İlham Əliyevi təbrik edib Bakı. 22 dekabr. REPORT.AZ/ TÜRKSOY-un baş katibi Düsen Kaseinov Azərbaycan Prezidenti İlham Əliyevi doğum günün münasibətilə təbrik edib.
Xarici siyasət
22 Dekabr , 2018 17:21
TÜRKSOY-un baş katibi Prezident İlham Əliyevi təbrik edib

Bakı. 22 dekabr. REPORT.AZ/ TÜRKSOY-un baş katibi Düsen Kaseinov Azərbaycan Prezidenti İlham Əliyevi doğum günün münasibətilə təbrik edib. 

"Report"un xəbərinə görə, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident.

Beynəlxalq TÜRKSOY təşkilatının baş katibliyi, Türkdilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Zati-alinizin yürütdüyü humanist və sülhsevər siyasət nəticəsində Azərbaycan Respublikası durmadan inkişaf edir, dünya ölkələri arasında tutduğu layiqli yerini daha da möhkəmləndirir.

Bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Respublikası ilə 25 yaşına çatan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY arasında qarşılıqlı mədəni əməkdaşlığın genişləndirilməsinə və inkişaf etdirilməsinə göstərdiyiniz diqqəti və qayğını yüksək qiymətləndiririk.

Xoş fürsətdən istifadə edərək, TÜRKSOY-un fəaliyyətinə göstərdiyiniz dəstəyə görə Sizə dərin təşəkkürümü bildirir, bu əlamətdar gündə Zati-alinizə möhkəm cansağlığı, uzun ömür və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram".

Son xəbərlər

Orphus sistemi