Yuxarı
    Bağlamaq

    Türkiyəli professor: "ADR bütün Türk dünyası üçün böyük əhəmiyyətə malik idi"

    Bakıda ADR-in 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir
    © Report

    Bakı. 16 may. REPORT.AZ/ Bakıda Azərbaycan Demokratik Respublikasının (ADR) 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir.

    "Report" xəbər verir ki, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan, Rusiya, Türkiyə və bir sıra digər ölkələrdən ekspertlər iştirak edirlər.

    Konfransda çıxış edən Türkiyənin Balıkesir Universitetinin professoru Səbahəddin Şimşir deyib ki, Türkiyədə ADR-in yaradılmasını böyük maraq və ehtiramla izləyiblər.

    "Onun mövcudluğu bütün Türk dünyası üçün böyük əhəmiyyətə malik idi", - o söyləyib.

    Mançester Universitetinin professoru Denis Volkov Azərbaycanın 20-ci əsrin əvvəllərində güclü geosiyasi təsirə malik olduğunu bildirib. Onun sözlərinə görə, bu, ölkənin coğrafi mövqe baxımından bölgədəki iki qüvvə - Rusiya və İran arasında olması ilə bağlı olub.

    Ümumilikdə, konfrans iştirakçıları 20-ci əsrin əvvəlində Azərbaycanın regional proseslərdə rolu və yerini, Müsəlman Şərqindəki ilk demokratik respublikanın yaranmasını və onun gələcək nəsillərə ötürdüyü irsi müzakirə edirlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi