Türkiyə XİN başçısı: "Əfqanıstanda etimadın bərpası üçün tədbirlər kifayət qədər deyil"

Türkiyə XİN başçısı: "Əfqanıstanda etimadın bərpası üçün tədbirlər kifayət qədər deyil" "Terrorizm, narkotiklər və ekstremizm hamımız üçün təhlükə olduğundan ümumi maraqlardan çıxış etməliyik"
Xarici siyasət
1 Dekabr , 2017 11:27
Türkiyə XİN başçısı: Əfqanıstanda etimadın bərpası üçün tədbirlər kifayət qədər deyil
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu / Report

Bakı. 1 dekabr. REPORT.AZ/ "Effektiv regional əməkdaşlıq Əfqanıstanın təhlükəsizliyinin təmin edilməsi üçün mühüm şərtdir".

"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda 7-ci nazirlər konfransının açılış mərasimində deyib.

Türkiyə XİN başçısı İstanbul prosesinin dərin köklərə, uzun tarixə malik olduğunu, lakin təəssüf ki, hələ Əfqanıstandakı böhranın həllində siyasi tərəqqi barədə danışmağın mümkün olmadığını bildirib.

"Etimadın bərpası üçün tədbirlərin kifayət qədər olmadığını hesab edirik. Terrorizm, narkotiklər və ekstremizm hamımız üçün təhlükə olduğundan ümumi maraqlardan çıxış etməliyik. Bu, bizdən daha çox səy göstərməyi tələb edir. Regionun bütün ölkələri dayanıqlı dialoqda iştirak etməlidir", - M.Çavuşoğlu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi