Çex Respublikasının XİN başçısı: "Şərq Tərəfdaşlığı proqramı özünü doğruldub"

Çex Respublikasının XİN başçısı: "Şərq Tərəfdaşlığı proqramı özünü doğruldub" Bakı. 28 yanvar. REPORT.AZ/ Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çox uğurludur və özünü artıqlaması ilə doğruldub.
Xarici siyasət
28 Yanvar , 2019 15:31
Çex Respublikasının XİN başçısı: Şərq Tərəfdaşlığı proqramı özünü doğruldub

Bakı. 28 yanvar. REPORT.AZ/ "Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çox uğurludur və özünü artıqlaması ilə doğruldub".

“Report” xəbər verir ki, bunu “Ukrinform”a Çex Respublikasının xarici işlər naziri Tomas Petrşiçek bildirib.

O, proqramın demokratiya, insan hüquqları, hüququn aliliyi, hər ölkənin öz müqəddəratını təyin etmək hüququ kimi dəyərlərə əsaslandığını Aİ-nin xarici siyasət sahəsindəki ən layiqli təşəbbüslərindən biri olduğunu dilə gətirib.

Şərq Tərəfdaşlığının iştirakçısı olan ölkələrdə siyasi islahatların, bəlkə də, dönməzlik həddini keçmədiyini, bir çox zəruri işlərin görülmədiyini qeyd edən nazir, bununla belə, sözügedən altı ölkə vətəndaşlarının əksəriyyəti tərəfindən Avropa dəyərlərinin, Avropa kimliyinin qəbul olunduğunu vurğulayıb: “Bu da çox mühüm birləşdirici amildir”.

Xatırladaq ki, Aİ tərəfindən 2009-cu ilin may ayından həyata keçirilən Şərq Tərəfdaşlığı proqramı Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna ilə regional əməkdaşlığın inkişafını hədəfləyir.

Son xəbərlər

Orphus sistemi