Yuxarı

Tel-Əvivdə Azərbaycan-İsrail diplomatik münasibətlərinin 25 illiyinə həsr olunmuş tədbir keçiriləcək

Tel-Əvivdə Azərbaycan-İsrail diplomatik münasibətlərinin 25 illiyinə həsr olunmuş tədbir keçiriləcək

Toplantıda əməkdaşlığın gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılacaq

Bakı. 13 may. REPORT.AZ/ Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov mayın 14-də İsrailin paytaxtı Tel-Əviv şəhərinə səfər edəcək.

Milli Məclisin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, millət vəkili İsrail Knessetində keçiriləcək Azərbaycan-İsrail diplomatik münasibətlərin 25 illiyinə həsr olunmuş tədbirdə iştirak edəcək.

Toplantıda ikitərəfli əlaqələrin bu günü və əməkdaşlığın gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılacaq.

Səfər mayın 16-da başa çatacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi