Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammiti payızda Azərbaycanda keçiriləcək

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammiti payızda Azərbaycanda keçiriləcək Bu ilin payızında Azərbaycanda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII sammiti üçün hazırlıq işləri aparılır.
Xarici siyasət
13 Mart , 2019 10:37
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammiti payızda Azərbaycanda keçiriləcək
0 : 00
0 : 00

Bu ilin payızında Azərbaycanda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII sammiti üçün hazırlıq işləri aparılır.

"Report" Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu məsələ Qazaxıstan xarici işlər naziri Beybut Atamkulovla TDƏŞ-in Baş katibi Bağdad Amreyev arasında keçirilən görüşdə müzakirə olunub.

TDƏŞ nümayəndə heyəti Əməkldaşlıq Şurasına üzv dövlətlərin gömrük xidmətləri rəhbərlərinin görüşündə iştirak etmək üçün Qazaxıstanda işgüzar səfərdədir.

Qeyd edək ki, TDƏŞ müasir türk dövlətlərini birləşdirən beynəlxalq təşkilatdır, onun əsas məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığın inkişafıdır.

Son xəbərlər

Orphus sistemi