TBMM sədri TÜRKPA Katibliyində olub

TBMM sədri TÜRKPA Katibliyində olub Bakı. 29 avqust. REPORT.AZ/ Bu gün Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım və Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov birgə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) inzibati binasında olublar.
Xarici siyasət
29 Avqust , 2018 19:04
TBMM sədri TÜRKPA Katibliyində olub

Bakı. 29 avqust. REPORT.AZ/ Bu gün Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım və Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov birgə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) inzibati binasında olublar.

"Report" xəbər verir ki, Türkiyə parlamentinin sədrinə katibliyin fəaliyyəti və binada yaradılan şəraitlə bağlı ətraflı məlumat verilib. Qeyd edilib ki, ildən-ilə fəaliyyətini genişləndirən, beynəlxalq əlaqələrini gücləndirən TÜRKPA-nın katibliyinin yeni inzibati binasında bütün lazımi şərait yaradılıb.

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım binanın həyətində ağac əkib.

Sonra keçirilən görüşdə Assambleya çərçivəsində əməkdaşlıq məsələləri və qurumun gələcək fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi