Tbilisidə Azərbaycanın Müstəqillik Günü münasibətilə konsert keçirilib - FOTO

Tbilisidə Azərbaycanın Müstəqillik Günü münasibətilə konsert keçirilib - FOTO Gürcüstanın paytaxtı Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində konsert proqramı keçirilib.
Xarici siyasət
18 Oktyabr , 2019 16:31
Tbilisidə Azərbaycanın Müstəqillik Günü münasibətilə konsert keçirilib - FOTO

Gürcüstanın paytaxtı Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində konsert proqramı keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, konsert Azərbaycanın Dövlət Müstəqilliyinin 28-ci ildönümü münasibətilə təşkil olunub.

Muzeyin direktoru Lеyla Əliyeva tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib. O deyib ki, rəhbərlik etdiyi mədəniyyət ocağı Azərbaycanın dövlət bayramlarına həsr olunan tədbirləri hər zaman təşkil edir.

Tədbirdə Bakının Mehdibad qəsəbəsi uşaq musiqi məktəbinin kollektivi Azərbaycanın milli musiqi və mahnı nümunələri səsləndirib.

Konsert proqramına azərbaycanlı və gürcü ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri tamaşa ediblər. 

Son xəbərlər

Orphus sistemi