Yuxarı

Tacikistan "ASAN xidmət"in təcrübəsini öyrənməkdə maraqlıdır

Tacikistan "ASAN xidmət"in təcrübəsini öyrənməkdə maraqlıdır
Düşənbədə Azərbaycan və Tacikistan arasında iqtisadi əməkdaşlığın perspektivləri müzakirə edilib

Bakı. 18 fevral. REPORT.AZ/ Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə bu ölkənin İnvestisiya və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri Fərrux Xəmrəlizadə ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə yerli "Xovar" milli informasiya agentliyinə komitənin mətbuat mərkəzindən məlumat verilib.

Bildirilir ki, görüş zamanı iqtisadi münasibətlərin cari məsələləri və perspektivli inkişaf istiqamətləri müzakirə olunub.

Tərəflər həmçinin investisiya mühiti, birgə müəssisələrin yaradılması, biznes forumların və digər müvafiq tədbirlərin keçirilməsi sahəsində qarşılıqlı faliyyətin möhkəmləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Sonda F.Xəmrəlizadə və H.Məmmədzadə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi — "ASAN xidmət" mərkəzinin fəaliyyətini müzakirə ediblər. Tacikistan tərəfi bu mərkəzin təcrübəsinin öyrənilməsində maraqlı olduğunu ifadə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi