Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb Bakı. 12 aprel. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Müsaid bin İbrahim əs-Süleymini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Xarici siyasət
12 Aprel , 2018 16:03
Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb

Bakı. 12 aprel. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Müsaid bin İbrahim əs-Süleymini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

XİN-dən "Report"a verilən məlumata görə, səfir Müsadi bin İbrahim əs-Süleymi Prezident İlham Əliyevi yenidən Azərbaycanın dövlət başçısı seçilməsi münasibətilə təbrik edib. 

Səfir ölkəsinin Azərbaycan ilə münasibətlərin inkişafına mühüm əhəmiyyət verdiyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında siyasi əlaqələrin mükəmməl səviyyədə olduğu qeyd olunaraq iqtisadi-ticarət və turizm sahəsində əməkdaşlığın inkişafında əldə olunan nailiyyətlərin məmnunluq doğurduğu vurğulanıb. Qeyd olunub ki, keçən il 35 mindən artıq Səudiyyə Ərəbistanı vətəndaşı ölkəmizə səfər edib və hava daşımaları sahəsində sazişin imzalanması və birbaşa hava uçuşları vasitəsilə cari ildə bu göstərəci daha da artacaq.

Nazir Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı Krallığının Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalına münasibətdə tutduğu ardıcıl mövqeyinin, Azərbaycanın haqlı və ədalətli mövqeyini beynəlxalq təşkilatlarda dəstəkləməsinin yüksək qiymətləndirildiyini nəzərə çatdırıb. Nazir 90-cı illərin əvvəllərində, Azərbaycan üçün xüsusilə çətin vaxtlarda Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərə Səudiyyə Ərəbistanı Krallığı tərəfindən göstərilən humanitar yardımın heç zaman unudulmadığını vurğulayıb.

Səfir Müsadi bin İbrahim əs-Süleymi Səudiyyə Ərəbistanının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar mövqeyinin ardıcıl surətdə davam edəcəyini qeyd edərək fəaliyyət göstərdiyi müddətdə ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün ona göstərilən dəstəyə görə təşəkkür edib.

Nazir Elmar Məmmədyarov Səfir Müsadi bin İbrahim əs-Süleyminə ölkələrimiz arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafı üçün göstərdiyi səylərin yüksək qiymətləndirildiyini və təqdir edildiyini deyib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi