Yuxarı
    Bağlamaq

    Səfirlik: Gürcüstandakı avtobus qəzasında ölən və yaralananlar arasında azərbaycanlılar yoxdur

    Tbilisi. 7 may. REPORT.AZ/ Gürcüstanın şərqində turistləri daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində ölən və yaralananlar arasında azərbaycanlılar yoxdur.

    Azərbaycanın Gürcüstandakı səfirliyindən “Report”un Gürcüstan bürosuna bildiriblər ki, səfirlik hadisəni diqqətdə saxlayır. 

    "Hadisə nəticəsində Azərbaycan Respublikası vətəndaşı və ya yerli azərbaycanlılardan kiminsə xəsarət alması barədə səfirliyə heç bir məlumat daxil olmayıb. Əgər bu barədə səfirliyə müraciət daxil olsa, dərhal məsələ araşdırılacaq və zərərçəkən soydaşımıza lazımi yardım göstəriləcək”, - səfirlikdən vurğulanıb.

    Qeyd edək ki, mayın 7-də Gürcüstanın şərqində baş vermiş qəzada 2 nəfər ölüb, 17 nəfər yaralanıb. Yaralananlardan ikisinin vəziyyəti ağırdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi