Səfirlik: Gürcüstandakı avtobus qəzasında ölən və yaralananlar arasında azərbaycanlılar yoxdur

Səfirlik: Gürcüstandakı avtobus qəzasında ölən və yaralananlar arasında azərbaycanlılar yoxdur Tbilisi. 7 may. REPORT.AZ/ Gürcüstanın şərqində turistləri daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində ölən və yaralananlar arasında azərbaycanlılar yoxdur.
Xarici siyasət
7 May , 2018 16:59
Səfirlik: Gürcüstandakı avtobus qəzasında ölən və yaralananlar arasında azərbaycanlılar yoxdur

Tbilisi. 7 may. REPORT.AZ/ Gürcüstanın şərqində turistləri daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində ölən və yaralananlar arasında azərbaycanlılar yoxdur.

Azərbaycanın Gürcüstandakı səfirliyindən “Report”un Gürcüstan bürosuna bildiriblər ki, səfirlik hadisəni diqqətdə saxlayır. 

"Hadisə nəticəsində Azərbaycan Respublikası vətəndaşı və ya yerli azərbaycanlılardan kiminsə xəsarət alması barədə səfirliyə heç bir məlumat daxil olmayıb. Əgər bu barədə səfirliyə müraciət daxil olsa, dərhal məsələ araşdırılacaq və zərərçəkən soydaşımıza lazımi yardım göstəriləcək”, - səfirlikdən vurğulanıb.

Qeyd edək ki, mayın 7-də Gürcüstanın şərqində baş vermiş qəzada 2 nəfər ölüb, 17 nəfər yaralanıb. Yaralananlardan ikisinin vəziyyəti ağırdır.

Son xəbərlər

Orphus sistemi