"Venesuelada Azərbaycan səfirliyinin açılması üzrə danışıqlar aparılır".
"Report" xəbər verir ki, bunu Venesuelanın Azərbaycandakı səfiri Kristofer Berroteran mətbuat konfransında deyib.
Onun sözlərinə görə, tərəflər əlaqələri dərinləşdirmək üçün vasitələrin inkişafı ilə bağlı danışıqlar aparır: "İqtisadiyyat, mədəniyyət və s. sahələrdə əlaqələrimizi inkişaf etdirmək niyyətindəyik".
O, Azərbaycanla ikitərəfli əməkdaşlığın inkişafına ümid etdiyini bildirib: "Ticarət əlaqələrimiz, ilk növbədə, energetika sahəsində, xüsusilə də neft sektorunda qurulur".