Səfir: Rusiya Xəzərin sabit region olmasında maraqlıdır

Səfir: Rusiya Xəzərin sabit region olmasında maraqlıdır "Xəzərin statusunun müəyyənləşdirilməsi sahilyanı dövlətlərin bütün sahələrdə əməkdaşlığı üçün bazanı yaratmağa imkan verəcək"
Xarici siyasət
25 Noyabr , 2014 17:38
Səfir: Rusiya Xəzərin sabit region olmasında maraqlıdır

Bakı. 25 noyabr. REPORT.AZ/ "Rusiya Xəzərin sabit, əməkdaşlıq regionu və sülh dənizi olmasında maraqlıdır". "Report" xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin "ADA" Universitetində "Xəzər tədqiqatları" beynəlxalq proqramının iştirakçıları olan gənc diplomatların qarşısında çıxışı zamanı vurğulayıb. 

Səfir Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsinin vacibliyini qeyd edərək xatırladıb ki, Xəzərin statusu üzrə danışıqlar 18 ildir davam edir və mühüm nəticələr əldə olunub: "Onlardan ən əsası Azərbaycan, Rusiya və Qazaxıstan arasında Xəzər dənizinin dib sahələrinin bölünməsi haqqında üçtərəfli razılaşmadır. Bundan əlavə, dənizin ekoloji mühitinin mühafizəsi üzrə təhlükəsizliyin təmin olunması ilə bağlı da əməkdaşlıq haqqında razılaşmalar imzalanıb".

V.Doroxin bildirib ki, Həştərxanda IV Xəzər Sammiti danışıqlar prosesində mühüm mərhələ olub: "Həmin tədbirin yekunlarına görə, dövlət başçıları siyasi bəyanat imzalayıblar. Biz Konvensiyanın imzalanmasına bir az da yaxınlaşdıq. Xəzərin statusunun müəyyənləşdirilməsi Xəzəryanı dövlətlərin bütün sahələrdə əməkdaşlığı üçün bazanı yaratmağa, regionda sabitliyi möhkəmləndirməyə imkan verəcək".

Səfir əlavə edib ki, Rusiya özünün Xəzər siyasətini bərabərlik və maraqlara hörmət prinsipi əsasında həyata keçirir və bundan sonra da buna əməl etməyə hazırdır. 

Son xəbərlər

Orphus sistemi