Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) maliyyə dəstəyi ilə həyata keçirilən ərzaq yardımı kampaniyası davam etdirilir.
“Report”un yerli bürosu xəbər verir ki, bu gün 400 ərzaq qutusu Marneuliyə çatdırılıb.
Ərzaq yardımı Marneuli ilə yanaşı Bolnisidə yaşayan sosial təminatsız sakinlərə də paylanılacaq.
Yardım Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənovun iştirakı ilə Kvemo Kartli qubernatoru Şota Rexviaşviliyə təqdim olunub.
Səfir bildirib ki, xeyriyyə aksiyası Azərbaycan Prezidenti
D.Həsənov qeyd edib ki, aksiya Gürcüstan və Azərbaycan arasında dostluq naminə təşkil olunub: “Bizim bir hədəfimiz var və bu da bütün gücümüzlə koronavirusla mübarizə aparmaqdır. İnanıram ki, bu mübarizə tezliklə qələbə ilə nəticələnəcək. Gürcüstan hökuməti bunun üçün səylərini əsirgəməyəcək”.