Səfir: "Azərbaycanın iqtisadiyyatın diversifikasiyası səylərinə dəstək vermək ABŞ səfirliyi üşün əsas prioritetdir"

Səfir: "Azərbaycanın iqtisadiyyatın diversifikasiyası səylərinə dəstək vermək ABŞ səfirliyi üşün əsas prioritetdir" "Azərbaycanda olduğu kimi, Men ştatında da kənd təssərüfatı ailələrin gəlirinin vacib mənbəyidir"
Xarici siyasət
31 Avqust , 2017 10:39
Səfir: Azərbaycanın iqtisadiyyatın diversifikasiyası səylərinə dəstək vermək ABŞ səfirliyi üşün əsas prioritetdir

Bakı. 31 avqust. REPORT.AZ/ "Azərbaycanın iqtisadiyyatın diversifikasiyası səylərinə dəstək vermək ABŞ səfirliyi, USAİD və şəxsən mənim üçün əsas prioritetdir".

"Report" ABŞ-ın Azərbaycandakı səfirliyinin saytına istinadən xəbər verir ki, bunu qələmə aldığı məqalədə bu ölkənin səfiri Robert Sekuta yazıb.

Onun sözlərinə görə, ağac fermasının olduği Men ştatına gedəndə belə, Azərbaycan onun ağlından çıxmır: "Men sakinləri ilə söhbət zamanı azərbaycanlı və menli fermerlərin oxşar cəhətlərinin olduğuna diqqət yetirdim. Alma ağacları əkmək, qoyun, keçi və inək saxlamaq Azərbaycanda olduğu kimi, Mendə də önəmlidir. Azərbaycanda olduğu kimi, Mendə də fermerlər fermanın məhsulunun keyfiyyəti və təravəti ilə fəxr edirlər. Azərbaycanda olduğu kimi, Mendə də kənd təssərüfatı, xüsusilə kiçik fermalar ailələrin gəlirinin vacib mənbəyi və ənənələrin qorunması yollarından biridir".

Son xəbərlər

Orphus sistemi