Yuxarı
    Bağlamaq

    Səfir: "Azərbaycan və Rusiya arasında bir sıra sənədlərin imzalanması gözlənilir"

    Dinlə
    © Report/ Firi Salim

    Bakı. 20 avqust. REPORT.AZ/ "Yaxın zamanda Azərbaycan və Rusiya arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq elementlərinin daxil olacağı sənədlər paketinin imzalanması gözlənilir".

    "Report" xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.

    "Bu sənəd əsas yanaşmanı qeydə alacaq. İlk növbədə, əmtəə dövriyyəsinin artırılmasını qarşıya məqsəd qoymuşuq. Bu rəqəm 2017-ci ildə 2,6 milyard dollar təşkil edib. Onun daha da artacağına ümid edirik", - o bildirib.

    Səfirin sözlərinə görə, ölkələr sənaye, nəqliyyat və bir sıra digər sahələrdə əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindədirlər: "Tezliklə Rusiyanın iştirakı ilə birgə müəssisələrin yaradılmasını görəcəksiniz və bu, daha da yaxınlaşmaq üçün fon yaradacaq. Sədrləri dəyişən İş Şurasının son zamanlarda fəallığı artıb. Bu mövqelərə energetika sahəsində münasibətlərimizin təşviqində maraqlı olan insanlar gəlib. Bizim tərəfdən Şura 70-dən çox şirkətlə təmsil olunur. Dövlət inkişaf istiqamətini planlaşdıran zaman biznes maraqları nəzərə alınmalıdır. İlin sonuna qədər iqtisadi əməkdaşlığımıza stimul veriləcək".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi