Yuxarı

Səfir: "Azərbaycan istər "Barış pınarı" əməliyyatı, istərsə də bundan əvvəlki əməliyyatlarda hər zaman Türkiyəyə dəstək olub"

Səfir: "Azərbaycan istər "Barış pınarı" əməliyyatı, istərsə də bundan
© Report / Firi Salim — Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral

"Azərbaycan istər "Barış pınarı" əməliyyatı, istərsə də bundan əvvəlki antiterror əməliyyatlarında Türkiyəyə verdiyi dəstəklə hər zaman önə çıxıb. Azərbaycan bununla bizim, həqiqətən də, bir millət, iki dövlət olduğumuzu bütün dünyaya nümayiş etdirdi. Türkiyə və Azərbaycan xalqlarının hər zaman ürəkləri də eyni döyünüb. Bunun üçün Azərbaycan xalqına, dövlətinə və Prezidentinə təşəkkür edirik".

"Report"un xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral "Barış pinarı" hərəkatının gedişi və mövcud durum barədə Azərbaycanın aparıcı KİV rəhbərlərinə və təmsilçilərinə məlumat vermək məqsədilə keçirdiyi mətbuat konfransında deyib.

"Uzun müddətdir ki, Suriyanın şimalında terrorçuların yerləşdiyi və Türkiyənin buna laqeyd yanaşmayacağı barədə bütün dünyaya məlumat vermişik. Suriyada 9 ildir ki, davam edən vətəndaş müharibəsinin ağrılarını və çətinliklərini Suriyadan sonra ən çox hiss edən ölkə Türkiyədir. Suriyadakı müharibələrdən qaçanlara Türkiyə ən çox qucaq açıb. Biz Türkiyə olaraq Suriyada sülhün bərpa olunmasını istəyirik", - deyə E.Özoral vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi