Rusiyanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsi ziyarətçi qəbulunu dayandırıb

Rusiyanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsi ziyarətçi qəbulunu dayandırıb Qəbul noyabrın 21-dən etibarən müvəqqəti dayandırılıb
Xarici siyasət
21 Noyabr , 2016 10:56
Rusiyanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsi ziyarətçi qəbulunu dayandırıb

Bakı. 21 noyabr. REPORT.AZ/ Rusiyanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsi noyabr ayının 21-dən etibarən müvəqqəti olaraq ziyarətçi qəbulunu dayandırıb.

"Report" Rusiya səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, işlərin dayandırılması səfirliyin konsulluq şöbəsinin fasadının təmiri ilə bağlıdır.

Şöbənin fəaliyyəti dekabrın 5-də bərpa olunacaq.

Bu tarixə qədər konsulluq şöbəsi yalnız ekstremal və müstəsna hallarda yardım göstərəcək.

Son xəbərlər

Orphus sistemi