Yuxarı

Rusiya XİN: Xəzərin statusu ilə bağlı problemlərin həlli qlobal təlatümlər şəraitində vacibdir

​Rusiya XİN: Xəzər nizamlanması qlobal təlatümlər şəraitində vacibdir

"Xəzər dənizinin hüquqi statusu ilə bağlı problemin həlli xüsusən indi - beynəlxalq münasibətlərdə artan qlobal təlatümlər və böhran mərkəzləri və qeyri-sabitlik zonalarının Xəzər dənizinə yaxın olması şəraitində vacibdir".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsisi işlər üzrə elçisi İqor Bratçikov Federasiya Şurasında çıxış edərkən deyib.

Elçi qeyd edib ki, suverenliyin, suveren hüquqların yayılmasının hüdudlarının, həmçinin Xəzəryanı ölkələrin yurisdiksiyasının dəqiqləşdirilməsi Rusiyanın Xəzərdəki tərəfdaşları ilə münasibətlərində sabitliyi, proqnozlaşdırmanı artıracaq və beş ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsi üçün əlverişli şərait yaradacaq.

Xatırladaq ki, Rusiya Dövlət Duması sentyabrın 19-da "Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya"nı təsdiqləyib, senatorlar isə sənədi sentyabrın 25-də keçiriləcək iclasda ratifikasiya etməyi planlaşdırır.

Konvensiya 2018-ci il avqustun 12-də Aktauda imzalanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi